"BakıKART"-ın alınması və istifadə qaydası çox rahatdır. Vahid sistemdə 2 növ kartdan istifadə edilir - "BakıKART" (Plastik kart) və "BakıKART Məhdud istifadə üçün" (Kağız kart). Yeni kartların tətbiqi zamanı cari tariflər istifadə edilir. "BakıKART" loqolu terminallarda 10, 20, 50 qəpik dəyərində sikkələrdən, 1, 5, 10, 20, 50 və 100 Azərbaycan manatı dəyərində əskinaslardan istifadə edilə bilər. 

"BakıKART" plastik kart

Kartın satış qiyməti 2 AZN-dir;

  • Bir şəhərdaxili gediş haqqının qiyməti 20 qəpikdir;
  • Terminallarda balansın artırılması mümkündür, kartlar geri qaytarılmır;
  • Bu növ kartlar yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulur.
"BakıKART Məhdud istifadə üçün"

Kartın satış qiyməti 20 qəpikdir;

  • Kart alındığı zaman 1, 2, 3 və 4 gediş yükləmək mümkündür;
  • Bir şəhərdaxili gediş haqqının qiyməti 20 qəpikdir;
  • Terminallarda balansın artırılması mümkün deyildir, kartlar geri qaytarılmır;
  • Bu növ kartlar yuxarıda adı çəkilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhər sakinləri və şəhərimizin qonaqları üçün nəzərdə tutulur.