azertag.az - Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzi sürücülər üçün işə qəbul müsabiqəsini elan edir

09.01.2018 00:00

Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” MMC “D” və “DE” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsini elan edir.

Azərtac Bakı Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişindaşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair nəzəri və praktiki təlimlər keçiriləcək. Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər müvafiq daşıyıcı şirkətlər tərəfindən işlə təmin olunacaq.

Ətraflı:

https://azertag.az/xeber/Baki_Neqliyyat_Agentliyinin_Surucu_Telim_Merkezi_suruculer_uchun_ise_qebul_musabiqesini_elan_edir-1127000