Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidmətinə Dispetçer (kiçik mütəxəssis, mütəxəssis) vəzifəsi üzrə işə qəbulla

bağlı

 

Elan:

 

Özünü ictimai nəqliyyatın idarə edilməsi sahəsində fəaliyyət göstərən peşəkar, dinamik və daim inkişaf edən komandanın bir üzvü kimi görmək istəyən şəxslər öz dolğun CV (kadr-uçot vərəqi, tərcümeyi-hal) məlumatlarını aşağıda göstərilmiş tələblərə cavab vermək şərtilə cv@bakuits.gov.az  email ünvanına mövzu yerinə “Dispetçer” yazaraq göndərə bilərlər.

Biz sizə əmək bazarı rəqabətli sosial əmək haqqı paketi, karyera inkişafı, bilik, bacarıq və ixtisasınızı daha da inkişaf etdirə biləcəyiniz sağlam iş rəqabətli mühit və əmək qanunvericiliyinin tələblərinə uyğun işə qəbul prosesi vəd edirik.

 

Vəzifəyə dair tələblər:

  1. Ali və ya orta-ixtisas təhsilli (nəqliyyat sahəsində təhsilə üstünlük verilir)
  2. Əlavə dil bilikləri (rus, ingilis) üstünlükdür
  3. Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı
  4. Analitik düşünə bilmə və təhlil etmə bacarığı
  5. Kompüter, rabitə əlaqə və digər texniki proqram vasitələri ilə işləyə bilmək bacarığı
  6. Adaptiv və inkişafa meyilli olmaq
  7. Azərbaycan Respublikasının Konstitusiyası, digər qanunvercilik aktları və normalarından, həmçinin nəqliyyatla bağlı normativ sənədlər və informasiya texnologiyaları ilə bağlı müasir tendensiyalardan məlumatlı və xəbərdar olmaq

 

 

Vəzifə funksiyaları:

 

  1. İntellektual sistemin əhatə dairəsində sistem avadanlıqları vasitəsilə (gələcəkdə tətbiq olunacaq digər avadanlıqlar və proqram təminatı vasitəsilə) marşrut avtobuslarının monitorinqinin aparılmasını həyata keçirmək
  2. Marşrut avtobusları sürücülərinin sərnişindaşıma qaydalarına əməl edib-etməməsinə kameralarla nəzarət etmək və qayda pozuntularının qeydiyyatının aparılmasını həyata keçirmək
  3. Avtobus dayanacaqlarının kameralarla müşahidəsini və dayanacaq qarşısında qanunsuz parklanma faktlarının qeydiyyatının aparılmasını həyata keçirmək
  4. Dayanacaqda olan Avtobus İnformasiya Terminalarının vəziyyətinə nəzarət etmək
  5. Sərnişindaşıma sahəsinə aid monitorinqlərin aparılması, mövcud marşrut xətlərində dəyişiklik edilməsi  barədə təkliflər vermək
  6. İctimai nəqliyyatla bağlı sənədlərin, təkliflərin hazırlanması və həvalə edilmiş proqramların, normativ hüquqi aktların, metodikaların və təlimatların layihələrinin hazırlanmasında iştirak etmək
  7. Kameralar vasitəsilə aparılmış monitorinqlərin nəticələrini araşdırmaq və bu barədə məlumat xarakterli hesabat hazırlamaq
  8. Marşrut xətlərində gün ərzində (səhər, günorta və pik saatlarda) nəqliyyat vasitələrinin tələbata uyğun olub-olmamasının müəyyən etmək və toplanmış məlumatları aidiyyəti üzrə təqdim etmək
  9. Avtobusların xətlərə vaxtlı-vaxtında çıxmasının təşkilinə nəzarət və gediş vaxtına nəzarətini həyata keçirtmək
  10. Avtobusların hərəkətini koordinasiya etmək, həmçinin xəttə çıxacaq avtobusların sayını təhlil etmək
  11. Avtobusların hərəkətində olan dəyişiklik haqda məlumatı almaq və təhlil etmək
  12. Yol və ya hərəkət vəziyyəti tələb etdiyi halda avtobusların hərəkətində (cədvəldə təyin olunan vaxtla yox, marşrutun dəyişdirilməsi, intervalların azaldıb-artırılması haqda) razılaşdırılmış qaydada dəyişiklik etmək.