Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkənin dinamik sosial-iqtisadi inkişafı dayanıqlı infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin təşkilini şərtləndirir.
Bu istiqamətdə zəruri olan kompleks tədbirlər həyata keçirilərək, sahənin dövlət idarəetməsində bir sıra islahatlar aparılmış, yeni normativ hüquqi baza formalaşdırılmış, bazar iqtisadiyyatının tələblərinə cavab verən məqsədyönlü işlər aparılmışdır.
Son illərdə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, işgüzar fəallığının genişlənməsi, müxtəlif təyinatlı binaların və obyektlərin tikintisinin vüsət alması nəqliyyat sisteminin fəaliyyətinə öz təsirini göstərmişdir. Belə ki, Bakı şəhərində nəqliyyat vasitələrinin sayının çoxalması yol hərəkətini kəskin şəkildə intensivləşdirmişdir. Nəticədə, Bakı şəhəri də bütün iri şəhərlərə xas olan nəqliyyat problemləri ilə üzləşmişdir. Bunlardan mövcud küçə-yol şəbəkəsinin hərəkətin yaranmış gərginliyinin öhdəsindən tam gələ bilməməsi, buraxılış qabiliyyətinin aşağı düşməsi, Bakının nəinki mərkəzi hissəsində, eləcə də şəhərə girişi-çıxışı, tranziti təmin edən bütün istiqamətlərdə, xüsusilə pik saatlarında gündəlik həyat ahənginə mənfi təsir göstərən çoxlu tıxacların əmələ gəlməsi qeyd edilməlidir.
Bakı şəhərində nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006- 2007-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bu Sərəncamın 1-ci bəndinə əsasən təsdiq edilmiş Tədbirlər Planının maliyyələşdirilməsi üçün zəruri olan tədbirlər görsün;
2.2. bu Sərəncamın 1-ci bəndinə əsasən təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsini əlaqələndirsin və onun icrası barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2006-cı il
№ 1255
Əlavə
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 2 fevral tarixli 1255 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün
TƏDBİRLƏR PLANI
Sıra №-si |
Tədbirin adı |
İcraçılar |
İcra müddəti |
1 |
2 |
3 |
4 |
1. |
Şəhərsalma həyata keçirildikdə küçə, yol, digər nəqliyyat infrastrukturunun planlaşdırılması və ona əməl olunmasının təmin edilməsi |
Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi [1] |
daimi |
2. |
“2030-cu ilə qədər Bakı şəhərinin nəqliyyat şəbəkəsinin (infrastrukturunun) inkişaf Sxemi”nin hazırlanması |
Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi |
6 ay |
3. |
Bakı şəhərinin 1:500 miqyasında rəqəmli topoqrafik xəritəsinin və onun elektron variantının hazırlanması |
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti |
3 ay |
4. |
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair normativ hüquqi aktların layihələrinin hazırlanması;
yol hərəkəti qaydalarının tələblərinin pozulmasına görə inzibati cəza tədbirlərinin gücləndirilməsi;
cərimələrin ödənilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflərin verilməsi |
Nazirlər Kabineti
Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi
Bakı Şəhər İcra Hakimiyyəti, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi |
6 ay
1 ay |
5. |
Bakı şəhərinin küçə və prospektlərində çatışmayan yol nişanlarının, o cümlədən dayanma və durmanı qadağan edən yol nişanlarının qoyulması |
Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi
|
3 ay |
6. |
Bakı şəhərində avtomobillərin qadağan olunan sahələrdə, o cümlədən səkilərdə dayanmalarının qarşısının alınması |
Daxili İşlər Nazirliyi
|
daimi |
7. |
Bakı şəhərinin ərazisində parklanma qaydalarını pozmuş avtomobillərin saxlanılması üçün yerlərin ayrılması. Bu ərazilərdə mühafizə olunan dayanacaqların yaradılması, müvafiq avadanlıqlarla təchiz olunması və avtomobillərin evakuasiyası üçün 10 ədəd xüsusi təyinatlı (təxliyə) avtomobillərin alınması məsələlərinin həll edilməsi |
Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi
|
2 ay |
8. |
Şəhərin mərkəzi hissəsinə xüsusi təyinatlı, qəza-xilasedici xidmətlərə aid yük avtomobilləri istisna olmaqla, yükgötürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobillərinin hərəkətinə saat 08.00-dan 21.00-a qədər məhdudiyyət qoyulması |
Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi |
1 ay |
9. |
Şəhərdaxili sərnişindaşıma marşrutlarının yenidən müayinə edilməsi, nəqliyyatın hərəkət istiqamətinin əksinə olan sərnişindaşıma marşrutlarının dəyişdirilməsi;
bütün ictimai nəqliyyat dayanacağı yerlərinin yenidən müəyyən edilməsi, onların küçə kəsişmələrindən və nəqliyyat qovşaqlarından uzaqlaşdırılması, avtobusların qrafik üzrə hərəkətinin tətbiq edilməsi;
avtobus dayanacaqlarının genişləndirilməsi;
şəhərdaxili sərnişindaşımalarında istifadə olunan mikroavtobusların iritutumlu avtobuslarla əvəz edilməsi istiqamətində tədbirlərin görülməsi;
şəhərətrafı qəsəbələrdən sərnişin daşıyan avtobusların son dayanacaqlarının metro stansiyalarına ən yaxın yerləşən ərazilərə keçirilməsi |
Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi
Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi,
Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi,
Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi,
Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi,
|
1 ay
6 ay
2 il
1 il
1 ay
|
10. |
Reysqabağı və reysdən sonra ictimai nəqliyyat vasitələri sürücülərinin cari qaydada tibbi müayinədən keçirilməsi, həmçinin bu nəqliyyat vasitələrinin texniki müayinə olunmaları qaydalarının müəyyən edilməsi |
Nazirlər Kabineti
|
1 ay
|
11. |
Bakı şəhərinin ərazisində taksilərin dayanacaq yerlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi;
Bakı şəhərində qeydiyyatda olmayan avtomobillərin şəhər daxilində taksi kimi istifadəsinin qadağan olunması |
Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi
Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi |
1 ay
5 ay
|
12. |
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmadan küçələrin inşaat işlərinin aparılması ilə əlaqədar bağlanılmasına, daraldılmasına və səkilərin tutulmasına icazə verilməməsi
|
Bakı Şəhər İcra Hakimiyyəti |
daimi |
13. |
Bakı şəhərinin qeyri-kafi vəziyyətdə olan bütün mərkəzi küçələrinin, onların hərəkət hissələrinin, səkilərinin təmir olunması və işıqlandırılması |
Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi |
6 ay |
14. |
Yol zolağına, səkilərə çıxan qanunsuz tikililərin müəyyən edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada sökülməsi və gələcəkdə küçələrin hərəkət hissələrinin, səkilərin daralması hesabına tikinti işlərinin aparılmasının qadağan edilməsi
|
Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi |
daimi |
15. |
Zirzəmilərində avtomobillərin parklanma yerləri nəzərdə tutulmayan və tikintisinə başlanılmamış yaşayış binalarının layihələrinə yenidən baxılması, binanın layihəsində nəzərdə tutulmuş mənzillərin sayına uyğun sayda avtomobillərin parklanma yerləri layihəyə daxil edildikdən sonra tikintiyə icazə verilməsi;
avtomobillər üçün parklanma yerləri olmayan yeni yaşayış və qeyri-yaşayış binalarının, ticarət obyektlərinin tikilməsinin qadağan edilməsi;
mövcud yaşayış binalarındakı sakinlərin normal yaşayışı üçün ərazisi və şəraiti olmayan həyətlərdə, habelə idman meydançalarında, təhsil və səhiyyə müəssisələrinin ərazilərində, həyətlərə giriş və çıxış yollarında yeni binaların və digər təyinatlı qurğuların tikintisinin qadağan edilməsi |
Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsi
Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsi
Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsi |
6 ay
daimi
daimi |
16. |
Bakı şəhəri daxilində fəaliyyət göstərən iri ticarət mərkəzlərinin şəhər ətrafına çıxarılması barədə təkliflərə baxılması, gələcəkdə bu cür yeni ticarət mərkəzlərinin yalnız şəhər ətrafında tikilməsi |
Bakı Şəhər İcra Hakimiyyəti |
1 ay
|
17. |
Bakı şəhərinin aşağıdakı küçə və prospektlərində kəsişmələrin yenidən qurulması və müxtəlif səviyyəli yol qovşaqlarının inşa edilməsi: H.Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin; Ziya Bünyadov prospekti ilə Atatürk prospektinin; Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin; Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin; Tbilisi prospekti ilə Həsənbəy Zərdabi küçəsinin; Tbilisi prospekti ilə 20 Yanvar küçəsinin; Cavadxan küçəsi ilə Alı Mustafayev küçəsinin; Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin; “Excelsior” mehmanxanası dairəsi |
Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi
|
2006-2007-ci illər
|
18. |
Bakı şəhərinin aşağıdakı küçələrinin rekonstruksiya olunması: Molla Cuma - Ak. Həsən Əliyev küçələrinin kəsişməsinin; Yeni Yasamal yaşayış massivində Talıblı və Xiyabanı küçələrinin; Gülüstan sarayını Bayıl qəsəbəsi ilə birləşdirən yolun (yüngül minik avtomobillərinin hərəkəti üçün); T. Şahbazı küçəsinin açılması; Mərdanov qardaşları və Xaqani küçələrinin kəsişməsinin açılması; Əhməd Rəcəbli küçəsinin açılması |
Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsi, Maliyyə Nazirliyi |
6 ay
|
19. |
Bakı şəhərinin aşağıdakı yollarında və küçə kəsişmələrində yerüstü və yeraltı piyada keçidlərinin inşa edilməsi: Heydər Əliyev prospektində (3 keçid); Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsində; Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində; Bülbül prospekti ilə Ü. Hacıbəyov küçəsinin kəsişməsində; R. Behbudov prospekti ilə Füzuli küçəsinin kəsişməsində; S. Vurğun və Nizami küçələrinin kəsişməsində; S. Vurğun və Bakıxanov küçələrinin kəsişməsində; S. Vurğun küçəsində “Təzə bazar”ın qarşısında; Q. Qarayev prospektində “8-ci km. bazarı”nın qarşısında; “Azneft” meydanında (2 keçid) |
Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsi, Maliyyə Nazirliyi |
2006-2007-ci illər
|
20. |
Murtuza Muxtarov, Əlibəy Hüseynzadə, Zivərbəy Əhmədbəyov, İsmayılbəy Qutqaşınlı, Süleyman Tağızadə, Bəşir Səfəroğlu, Möhsün Sənani, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli, Vidadi, Tolstoy, Rixard Zorge, Dilarə Əliyeva, Rastropoviç, Üzeyir Hacıbəyov, Rəfili, Topçubaşov, Salatın Əsgərova, Süleyman Rüstəm və Ceyhun Hacıbəyli küçələrinin inşaat işlərinin aparılması ilə əlaqədar hərəkət hissələri, piyada səkiləri tam və ya qismən çəpərlənərək, bağlanmış sahələrin əvvəlki vəziyyətinin bərpa edilməsi, tələb olunan asfaltlanma işlərinin aparılması |
Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi |
2 ay
|
21. |
F. Xoyski, A. Nemətulla, Ş. Qurbanov, Ə. Haqverdiyev, Dilarə Əliyeva, İnşaatçılar, Xətai, Nobel, H. Cavid küçə və prospektlərində qarşılıqlı hərəkəti ayıran təhlükəsizlik zolaqlarının salınması |
Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi |
2006-cı il
|
22. |
Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması və tıxacların aradan qaldırılması məqsədilə Abşeron yarımadasının cənub-qərbindən cənub-şərqinə qədər, yəni M-2 avtomobil yolundan başlayaraq M-1 avtomobil yolunu kəsib keçməklə, Hövsan qəsəbəsinədək olan sahədə 6-8 cərgəli dairəvi avtomobil yolunun layihələndirilməsi və tikintisinə başlanılması |
Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi
|
2006-cı il
|
23. |
“Əzizbəyov” metro stansiyası dairəsindən Heydər Əliyev adına Hava Limanına qədər avtomobil yolunun 8-12 cərgəli nəqliyyat hərəkəti üçün nəzərdə tutulmaqla nəqliyyat qovşaqları ilə birlikdə layihələndirilməsi və tikintisinə başlanılması |
Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi
|
2006-cı il
|
24. |
Bakıxanov qəsəbəsinin Yavər Əliyev küçəsi ilə Aeroport şossesini birləşdirən dəmir yolu üzərindən körpü keçidinin layihələndirilməsi və tikilməsi |
Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi
|
2006-2007-ci illər
|
25. |
Şəhərin Babək prospektini Yeni Günəşli qəsəbəsinin şimalından keçməklə Yeni Suraxanı dairəsi ilə birbaşa birləşdirən avtomobil yolunun layihələndirilməsi |
Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi |
2006-cı il
|
26. |
Nəqliyyat Nazirliyi tərəfindən seçilmiş variant üzrə avtomobil yollarının, yol ötürücülərinin, yol qovşaqlarının, körpülərin təhkim və mühafizə zolağına düşən bütün növ mühəndis kommunikasiyalarının, binaların və qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsi məsələlərinin həlli; “Əzizbəyov” metro stansiyası və “Sabunçu” dairələri arasında yerləşən kommunikasiyaların, binaların və qurğuların qanunvericiliklə müəyyən edilmiş qaydada köçürülməsinin yolun hər iki tərəfində ərazinin gələcək inkişafı nəzərə alınmaqla həyata keçirilməsi |
Bakı Şəhər İcra Hakimiyyəti, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Neft Şirkəti, “Azəriqaz” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Barmek AEŞ” MMC, Abşeron Rayon İcra Hakimiyyəti |
5 ay
|
27. |
Avtomobil yolları, yol ötürücüləri, yol qovşaqları, körpülər üçün təhkim və mühafizə zolağına aid torpaq sahəsinin ayrılması və müvafiq qaydada sənədləşdirilməsi məsələlərinin həlli
|
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi |
5 ay
|
28. |
Şəhərin Səbail, Nəsimi, Yasamal, Nərimanov, Nizami və Xətai rayonlarının ərazilərində avtomobillərin saxlanması məqsədilə yeraltı, yerüstü qarajların və ödənişli dayanacaqların tikilməsi üçün torpaq sahələrinin ayrılması;
ayrılmış torpaq sahələrində özəl sektor tərəfindən qarajların tikilməsi, ödənişli dayanacaqların təşkili |
Bakı Şəhər İcra Hakimiyyəti
İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
1 ay
2006-2007-ci illər |
29. |
Özəlləşdirilməmiş zavod, müəssisə, fabrik və digər tikililərin ərazilərindən, |
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, |
|
|
habelə binalardan qaraj və avtomobil dayanacaqları kimi istifadə olunması haqqında təkliflərin verilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi |
2 ay
|
30. |
Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin intensiv vaxtlarında tıxaclar yaranan küçə kəsişmələrində, dairələrdə, nəqliyyat qovşaqlarında yol polisi əməkdaşları tərəfindən hərəkətin nizamlanmasının təşkil edilməsi |
Daxili İşlər Nazirliyi |
daimi |
31. |
Avtomobillərin satışının şəhərin küçələrinin səkilərində və yol kənarlarında qadağan edilərək, müəyyən edilmiş xüsusi yerlərdə təşkil edilməsi |
Bakı Şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi |
2 ay
|
32. |
Kütləvi informasiya vasitələri, xüsusən televiziya kanalları vasitəsilə Bakı şəhərinin küçə və yol şəbəkəsində aparılan təmir-tikinti işləri, hərəkət üçün bağlanan yol sahələri barədə məlumatın vaxtlı-vaxtında verilməsi, hərəkət təhlükəsizliyi üzrə təbliğatın aparılması |
Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi[2] |
daimi |
İstifadə olunmuş mənbə sənədlərinin siyahısı
1. 23 iyun 2016-cı il tarixli 2139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137)
Sərəncama edilmiş dəyişiklik və əlavələrin siyahısı
[1] 23 iyun 2016-cı il tarixli 2139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137) ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın 1-ci hissənin “İcraçılar” sütununa “Bakı Şəhər İcra Hakimiyyəti” sözlərindən sonra “, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilmişdir.
[2] 23 iyun 2016-cı il tarixli 2139 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137) ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın 32-ci hissənin “İcraçılar” sütununa “Bakı Şəhər İcra Hakimiyyəti,” sözlərindən sonra “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi,” sözləri əlavə edilmişdir.
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.