“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 9-cu maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında” Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 16-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələri idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanmasının qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 23-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 24-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 25-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 30-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında”, “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında” və “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında” və “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında” nümunəvi əsasnamələri təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 31-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında” nümunəvi Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 32-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 35-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 35-ci maddəsinin 8-ci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün alınan haqqın məbləğini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 82-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 17-ci hissəsinin 2-ci bəndində və 79-cu maddəsinin 2-ci—4-cü bəndlərində göstərilmiş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci hissəsində, 32-ci maddəsinin 2-ci hissəsində və 48-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;[1]

həmin Qanunun 9-cu maddəsinin 1-ci və 8-ci hissələrində, 9-1-ci maddəsinin I hissəsinin ikinci cümləsində və IV hissəsində, 16-cı maddəsinin 1-ci hissəsinin ikinci cümləsində və 3-cü hissəsində, 23-cü maddəsinin 3-cü hissəsində, 24-cü maddəsinin 4-cü hissəsində, 25-ci maddəsinin 2-ci hissəsində, 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (birinci halda) və 4-cü bəndində (birinci halda), 6-1-ci hissəsində, 30-cu maddəsinin 3-cü və 4-cü hissələrində, 31-ci maddəsinin 1-ci hissəsində, 32-ci maddəsinin 2-ci hissəsində, 35-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində və 8-ci hissəsində və nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[2]

həmin Qanunun 4-cü maddəsinin 24-cü bəndində, 6-cı maddəsinin 1-ci hissəsinin 6-cı bəndində, 8-ci maddəsinin 3-cü hissəsində, 10-cu maddəsinin 3-cü və 4-cü hissələrində, 11-ci maddəsinin 5-ci və 6-cı hissələrində, 16-cı maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində (birinci halda), 19-cu maddəsinin 1-ci hissəsində, 20-ci maddəsinin 2-ci hissəsində “imkanına” sözündən sonra, 23-cü maddəsinin 2-ci hissəsində, 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində, VI-I hissəsinin üçüncü cümləsində, VII, X, XI və XII hissələrində, XIII-I hissəsinin ikinci cümləsində (ikinci halda) və üçüncü cümləsində, XVI hissəsində, 28-ci maddəsinin IV hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin II-I hissəsinin birinci cümləsində, III hissəsinin üçüncü cümləsində, IV hissəsinin birinci cümləsində və V hissəsinin birinci cümləsində, 31-ci maddəsinin 4-cü hissəsində, 32-ci maddəsinin 1-ci hissəsində, 33-cü maddəsinin III hissəsində (ikinci halda), 35-ci maddəsinin II hissəsinin birinci abzasında, III hissəsinin birinci cümləsində və IV hissəsinin 3-cü bəndində, 5-ci hissəsinin birinci cümləsində, 7-ci və 10-cu hissələrində, 36-cı maddəsinin 1-ci hissəsinin 5-ci və 6-cı bəndlərində, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci, 2-ci, 12-ci və 13-cü bəndlərində, 4-cü hissəsinin 4-cü və 5-ci bəndlərində, 59-cu maddəsinin 12-ci hissəsində, 61-ci maddəsinin 11-ci hissəsində, 74-cü maddəsinin 6-cı və 7-ci hissələrində, 83-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrində, 84-cü maddəsinin adında, birinci cümləsində, 2-ci, 6-cı , 6-1-ci və 8-ci bəndlərində, 85-ci maddəsinin adında, birinci cümləsində, 2-ci bəndinin ikinci abzasında (hər iki halda), 2-ci bəndinin qeydində (hər iki halda), 5-ci bəndində, 7-ci bəndində, 9-cu bəndində və onun qeydində, 10-cu bəndinin qeydində, 11-ci bəndinin qeydində “qaydada” sözündən sonra və ikinci cümləsində, 85-1-ci maddəsinin 1-ci, 3-cü hissələrində, 4-cü hissəsində (hər iki halda), 5-7-ci, 9-cu hissələrində, 11-ci hissəsində (hər üç halda) və 13-cü hissəsində nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;[3]

həmin Qanunun 83-cü maddəsinin II hissəsinin ikinci cümləsində və 84-cü maddəsinin 6-1-ci bəndində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;[4]

həmin Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;[5]

həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində və 11-ci maddəsinin V hissəsinin 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirirlər;[6]

həmin Qanunun 9-cu maddəsinin 9-cu hissəsində, 12-ci maddəsinin 2-ci hissəsində və 26-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyası həyata keçirir;

həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir; [7]

həmin Qanunun 9-cu maddəsinin 2-ci hissəsində, 10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində və 11-ci maddəsinin IV hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;[8]

həmin Qanunun 16-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;

həmin Qanunun 19-cu maddəsinin 4-cü hissəsində, 20-ci maddəsinin 2-ci hissəsində, 33-cü maddəsinin III hissəsində (birinci halda) və VI hissəsində, 34-cü maddəsinin 5-ci hissəsinin 4-cü bəndində və 35-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində “mütəxəssislərlə” sözündən əvvəl nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;[9]

həmin Qanunun 27-ci maddəsinin 3-cü hissəsində, 85-ci maddəsinin 11-ci bəndində və onun qeydində “xidmət etdiyi” sözlərindən sonra nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının müdafiə Nazirliyi həyata keçirir;[10]

həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinin 13-cü bəndində, 23-cü maddəsinin 1-ci hissəsində, 25-ci maddəsinin 3-cü hissəsində, 36-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət şirkətləri, baş idarələri və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

həmin Qanunun 37-ci maddəsinin 3-cü hissəsinin 2-ci bəndində və onun qeydində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;[11]

həmin Qanunun 85-ci maddəsinin 12-ci bəndinin qeydində “tərəfindən” sözündən sonra nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir; [12]

həmin Qanunun 4-cü maddəsinin 24-cü bəndində (kənd təsərrüfatı texnikası üçün xüsusi məhsullara münasibətdə), 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (ikinci halda), VII, XI, XII və XVI hissələrində, 28-ci maddəsinin IV hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin III hissəsinin üçüncü cümləsində, IV hissəsinin birinci cümləsində və V hissəsinin birinci cümləsində, 33-cü maddəsinin III hissəsində (ikinci halda), 35 maddəsinin II hissəsinin birinci abzasında, III hissəsinin birinci cümləsində, V hissəsinin birinci cümləsində, VII və X hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini kənd təsərrüfatı texnikasına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;[13]

həmin Qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;[14]

həmin Qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi həyata keçirir; [15]

[16] həmin Qanunun 9-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər; [17]

həmin Qanunun 18-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

həmin Qanunun 24-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirirlər; [18]

həmin Qanunun 18-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

həmin Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin 2-ci bəndində və 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;[19]

həmin Qanunun 2-ci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinin 2-ci bəndində, 27-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində, 31-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 59-cu maddəsinin 11-ci hissəsində və 61-ci maddəsinin 10-cu hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

həmin Qanunun 85-ci maddəsinin 11-ci bəndində və onun Qeyd hissəsində “xidmət etdiyi” sözlərindən sonra nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;[20]

həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;[21]

həmin Qanunun 27-ci maddəsinin XIII-I hissəsinin birinci cümləsində və ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;[22]

həmin Qanunun 61-ci maddəsinin 11-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirirlər; [23]

həmin Qanunun 11-ci maddəsinin V hissəsinin 8-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirirlər.

həmin Qanunun 27-ci maddəsinin XIII-I hissəsinin birinci cümləsində və ikinci cümləsində (birinci halda), 85-1-ci maddəsinin 12-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. [24]

 

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 22 noyabr 1998-ci il

№ 24

 

 

İstifadə olunmuş mənbə sənədlərinin siyahısı

 

1. 4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 459)

2. 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)

3. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571)

4. 3 avqust 2004-cü il tarixli 109 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 617)

5. 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005)

6. 27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)

7. 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

8. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)

9. 31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  03 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630)

10. 1 iyul 2010-cu il tarixli 287 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 606)

11. 25 iyul 2011-ci il tarixli 455 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  02 iyul 2011-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 510)

12. 8 may 2012-ci il tarixli nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 09 may 2012-ci il, № 101, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 423)

13. 1 noyabr 2012-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1079)

14. 11 sentyabr 2014-cü il tarixli 263 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 sentyabr 2014-cü il, № 198; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1043)

15. 2 fevral 2015-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 fevral 2015-ci il, № 30; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 02, maddə 110)

16. 23 fevral 2015-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 fevral 2015-ci il, № 044, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 140)

17. 9 iyun 2015-ci il tarixli 551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 iyun 2015-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 707)

18. 14 oktyabr 2015-ci il tarixli 644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 oktyabr 2015-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1116)

19. 16 mart 2016-cı il tarixli 835 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 456)

20. 6 aprel 2016-cı il tarixli 857 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 662)

21. 18 aprel 2016-cı il tarixli 861 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 aprel 2016-cı il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 666)

22. 23 iyun 2016-cı il tarixli 966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1062)

 

 

Fərmana edilmiş dəyişiklik və əlavələrin siyahısı

 

[1] 8 may 2012-ci il tarixli 630 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 09 may 2012-ci il, № 101, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 423) ilə 2-ci hissənin birinci bəndində “Qanununun” sözündən sonra “27-ci maddəsinin 1-ci hissəsində, 32-ci maddəsinin 2-ci hissəsində və” sözləri əlavə edilmişdir.

[2] 3 avqust 2004-cü il tarixli 109 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 617) ilə 2-ci bəndin üçüncü abzasından "və 82-ci maddəsinin 2-ci hissəsində" sözləri çıxarılmışdır.

1 iyul 2010-cu il tarixli 287 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 606) ilə 2-ci bəndin üçüncü abzasda "27-ci maddəsinin 1-ci hissəsində," sözləri "27-ci maddəsinin 1-ci və 6-1-ci hissələrində," sözləri ilə əvəz edilmişdir.

8 may 2012-ci il tarixli 630 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 09 may 2012-ci il, № 101, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 423) ilə 2-ci hissənin ikinci bəndində “1-ci və 6-1-ci hissələrində” sözləri “6-1-ci hissəsində” sözləri ilə əvəz edilmişdir, “32-ci maddəsinin 2-ci hissəsində,” və “və 8-ci hissəsində” sözləri çıxarılmışdır.

1 noyabr 2012-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1079) ilə 2-ci hissənin üçüncü abzasdan “və 3-cü hissəsində” sözləri çıxarılmışdır.

16 mart 2016-cı il tarixli 835 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 456) ilə 2-ci hissəsinin üçüncü abzasa “27-ci maddəsinin” sözlərindən sonra “II hissəsinin 3-cü bəndində (birinci halda) və 4-cü bəndində (birinci halda),” sözləri əlavə edilmişdir.

14 oktyabr 2015-ci il tarixli 644 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 oktyabr 2015-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1116) ilə 2-ci hissənin üçüncü abzasına “9-cu maddəsinin 1-ci və 8-ci hissələrində,” sözlərindən sonra “9-1-ci maddəsinin I hissəsinin ikinci cümləsində və IV hissəsində,” sözləri əlavə edilmişdir.

[3] 31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  03 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630) ilə 2-ci bəndinin dördüncü abzasında “16-cı maddəsinin 1-ci hissəsinin üçüncü cümləsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilmişdir.

3 avqust 2004-cü il tarixli 109 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 617) ilə 2-ci bəndin dördüncü abzasından "79-cu maddəsinin 3-cü bəndində, 82-ci maddəsinin 4-cü bəndində," sözləri və "12-ci bəndinin qeydində "protokol" sözündən sonra" sözləri  çıxarılmışdır.

1 iyul 2010-cu il tarixli 287 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  02 iyul 2010-cu il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 606) ilə 2-ci bəndin dördüncü abzasda "84-cü maddəsinin adında, birinci cümləsində, 2-ci, 6-cı" sözlərindən sonra ", 6-1-ci" sözləri əlavə edilsin, "85-ci maddəsinin adında, birinci cümləsində, 2-ci bəndinin qeydində" sözləri "85-ci maddəsinin adında, birinci cümləsində, 2-ci bəndinin ikinci abzasında, 2-ci bəndinin qeydində (hər iki halda)" sözləri ilə əvəz edilmişdir.

25 iyul 2011-ci il tarixli 455 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  02 iyul 2011-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 510) ilə dördüncü abzasda “85-ci maddəsinin adında, birinci cümləsində, 2-ci bəndinin ikinci abzasında, 2-ci bəndinin qeydində (hər iki halda), 5-ci bəndində və onun qeydində, 6-cı bəndin qeydində” sözləri “85-ci maddəsinin adında, birinci cümləsində, 2-ci bəndinin ikinci abzasında (hər iki halda), 2-ci bəndinin qeydində (hər iki halda), 5-ci bəndində” sözləri ilə əvəz edilmişdir, “11-ci bəndinin qeydində “qaydada” sözündən sonra və ikinci cümləsində” sözlərindən sonra “, 85-1-ci maddəsinin 1-ci, 3-cü hissələrində, 4-cü hissəsində (hər iki halda), 5-7-ci, 9-cu hissələrində və 11-ci hissəsində (hər üç halda)” sözləri əlavə edilmişdir.

8 may 2012-ci il tarixli 630 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 09 may 2012-ci il, № 101, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 423) ilə 2-ci hissənin üçüncü bəndində “və 11-ci hissəsində (hər üç halda)” sözləri “, 11-ci hissəsində (hər üç halda) və 13-cü hissəsində” sözləri ilə əvəz edilmişdir.

1 noyabr 2012-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1079) ilə 2-ci hissənin dördüncü abzasının “27-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində, 7-ci, 10-cu, 11-ci, 12-ci və 16-cı hissələrində, 29-cu maddəsinin 3-cü hissəsində” sözləri “27-ci maddəsinin II hissəsinin 1-ci bəndində, VII, X, XI və XII hissələrində, XIII-I hissəsinin ikinci cümləsində (ikinci halda) və üçüncü cümləsində, XVI hissəsində, 28-ci maddəsinin IV hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin II-I hissəsinin birinci cümləsində, III hissəsinin üçüncü cümləsində, IV hissəsinin birinci cümləsində və V hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

1 noyabr 2012-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1079) ilə 2-ci hissənin dördüncü abzasının “35-ci maddəsinin 2-ci hissəsinin birinci abzasında və 2-ci bəndində, 3-cü və 4-cü hissələrində” sözləri “33-cü maddəsinin III hissəsində (ikinci halda), 35-ci maddəsinin II hissəsinin birinci abzasında, III hissəsinin birinci cümləsində və IV hissəsinin 3-cü bəndində” sözləri ilə əvəz edilmişdir.

11 sentyabr 2014-cü il tarixli 263 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 sentyabr 2014-cü il, № 198; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1043) ilə 2-ci hissəsinin dördüncü abzasında “27-ci maddəsinin II hissəsinin 1-ci bəndində,” sözlərindən sonra “VI-I hissəsinin üçüncü cümləsində,” sözləri əlavə edilmişdir.

23 fevral 2015-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 fevral 2015-ci il, № 044, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 140) ilə 2-ci hissəsinin dördüncü abzasdan “, 85-1-ci maddəsinin 1-ci, 3-cü hissələrində, 4-cü hissəsində (hər iki halda), 5-7-ci, 9-cu hissələrində, 11-ci hissəsində (hər üç halda) və 13-cü hissəsində,” sözləri çıxarılmışdır.

9 iyun 2015-ci il tarixli 551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 iyun 2015-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 707) ilə 2-ci hissəsinin dördüncü abzasından “, 6-1-ci” və “5-ci bəndində,” sözləri çıxarılmışdır, həmin abzasda “10-cu bəndində və onun qeydində” sözləri “10-cu bəndinin qeydində” sözləri ilə əvəz edilmişdir.

23 iyun 2016-cı il tarixli 966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1062) ilə 2-ci hissəsinin dördüncü abzasdan “61-ci maddəsinin 11-ci hissəsində,” sözləri, onuncu abzasdan “9-cu maddəsinin 2-ci hissəsində,” sözləri və yeddinci abzasdan “və 11-ci maddəsinin V hissəsinin 8-ci bəndində” sözləri çıxarılmışdır.

[4] 2 fevral 2015-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 fevral 2015-ci il, № 30; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 02, maddə 110) ilə 2-ci hissəsinin beşinci - on dördüncü abzasları müvafiq olaraq altıncı - on beşinci abzaslar hesab edilmişdir və yeni məzmunda beşinci abzas əlavə edilmişdir.

23 fevral 2015-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 fevral 2015-ci il, № 044, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 140) ilə 2-ci hissəsinin beşinci abzasda “cümləsində” sözündən sonra “və 84-cü maddəsinin 6-1-ci bəndində” sözləri əlavə edilmişdir.

 

[5] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin beşinci abzasında "Dövlət Hidrometeorologiya Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

23 iyun 2016-cı il tarixli 966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1062) ilə 2-ci hissəsinin altıncı və iyirmi üçüncü abzaslarda “Nəqliyyat Nazirliyi” sözlərindən sonra “, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi” sözləri əlavə edilmişdir.

[6] 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin beşinci və altıncı abzaslarda "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

6 aprel 2016-cı il tarixli 857 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 662) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72) ilə 2-ci hissəsinin yeddinci abzasa “bəndində” sözündən sonra “və 11-ci maddəsinin V hissəsinin 8-ci bəndində” sözləri əlavə edilmişdir.

[7] 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin səkkizinci abzasında "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

[8] 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin doqquzuncu abzasında "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

6 aprel 2016-cı il tarixli 857 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 662) Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72) ilə 2-ci hissəsinin onuncu abzasda “və 10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində” sözləri “, 10-cu maddəsinin 2-ci hissəsinin 1-ci bəndində və 11-ci maddəsinin IV hissəsinin 1-ci bəndində” sözləri ilə əvəz edilmişdir.

[9] 1 noyabr 2012-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1079) ilə 2-ci hissənin on birinci abzasda “33-cü maddəsinin 3-cü və 6-cı hissələrində” sözləri “33-cü maddəsinin III hissəsində (birinci halda) və VI hissəsində” sözləri ilə əvəz edilmişdir.

[10] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin on ikinci abzasından “85-ci maddəsinin 11-ci bəndində və onun Qeyd hissəsində “xidmət etdiyi” sözlərindən sonra” sözləri çıxarılmışdır.

[11] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin on dördüncü abzasında “Fövqəladə hallar üzrə Dövlət Komissiyası” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

[12] 3 avqust 2004-cü il tarixli 109 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 617) ilə 2-ci bəndin on beşinci abzası çıxarılmışdır.

[13] 16 mart 2016-cı il tarixli 835 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 456) ilə 2-ci hissəsinin on altıncı abzasa “27-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilmişdir.

18 aprel 2016-cı il tarixli 861 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 aprel 2016-cı il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 666) ilə 2-ci hissəsinin on altıncı abzasında “27-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində (ikinci halda)” sözləri “4-cü maddəsinin 24-cü bəndində (kənd təsərrüfatı texnikası üçün xüsusi məhsullara münasibətdə), 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (ikinci halda), VII, XI, XII və XVI hissələrində, 28-ci maddəsinin IV hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin III hissəsinin üçüncü cümləsində, IV hissəsinin birinci cümləsində və V hissəsinin birinci cümləsində, 33-cü maddəsinin III hissəsində (ikinci halda), 35 maddəsinin II hissəsinin birinci abzasında, III hissəsinin birinci cümləsində, V hissəsinin birinci cümləsində, VII və X hissələrində” sözləri ilə əvəz edilmişdir, “səlahiyyətlərini” sözündən sonra “kənd təsərrüfatı texnikasına münasibətdə” sözləri əlavə edilmişdir.

[14] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin on yeddinci abzasında “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

16 mart 2016-cı il tarixli 835 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 456) ilə 2-ci hissəsinin On yeddinci abzasa “27-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndində” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilmişdir.

[15] 4 iyul 2001-ci il tarixli 522 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 459) ilə 2-ci bəndin on səkkizinci abzasında "Gənclər və İdman" sözləri "Gənclər, İdman və Turizm" sözləri ilə əvəz edilmişdir.

27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743) ilə 2-ci bəndinin on yeddinci abzasında «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilmişdir.

[16] 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 2-ci bəndinin on doqquzuncu abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.

[17] 23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 2-ci bəndin on doqquzuncu abzasında "Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 2-ci bəndin on doqquzuncu abzasında "Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir.

10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin on doqquzuncu abzasında "Azəravtonəqliyyat" Dövlət Konserni" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmiş və həmin abzasdan ",Azərbaycan Respublikasının "Azəravtoyol" Dövlət Şirkəti" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 9-cu maddəsinin 4-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının “Azəravtonəqliyyat” Dövlət Konserni, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının “Azəravtoyol” Dövlət Şirkəti və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi həyata keçirirlər;

6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin on doqquzuncu abzasında “Nəqliyyat Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilmişdir.

[18] 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin iyirminci və iyirmi birinci abzaslarda "Azəravtoyol" Dövlət Şirkəti, Azərbaycan Respublikasının  "Azəravtonəqliyyat"  Dövlət Konserni"  sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

[19] 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə 2-ci bəndin iyirmi üçüncü abzasda "Azəravtoyol" Dövlət Şirkəti" sözləri "Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

[20] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinə iyirmi altıncı abzas əlavə edilmişdir.

[21] 31 avqust 2009-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  03 sentyabr 2009-cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 08, maddə 630) ilə 2-ci bəndə iyirmi yeddinci abzas əlavə edilmişdir.

[22] 16 mart 2016-cı il tarixli 835 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 456) ilə 2-ci hissəsinin iyirmi yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda iyirmi səkkizinci abzas əlavə edilmişdir.

[23] 23 iyun 2016-cı il tarixli 966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1062) ilə 2-ci hissəsinin iyirmi səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda iyirmi doqquzuncu və otuzuncu abzaslar əlavə edilmişdir.

[24] 25 iyul 2011-ci il tarixli 455 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  02 iyul 2011-ci il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 510) ilə yeni məzmunda iyirmi səkkizinci abzas əlavə edilmişdir.

1 noyabr 2012-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1079) ilə 2-ci hissənin iyirmi səkkizinci abzasa “həmin Qanunun” sözlərindən sonra “27-ci maddəsinin XIII-I hissəsinin birinci cümləsində və ikinci cümləsində (birinci halda),” sözləri əlavə edilmişdir.

23 fevral 2015-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 25 fevral 2015-ci il, № 044, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 140) ilə iyirmi yeddinci abzasın sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və iyirmi səkkizinci abzas ləğv edilmişdir.