125 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin istismara çıxarılması ilə bağlı müsabiqədə iştirak qaydaları

13.06.2017 00:00

 

 

Marşrutun

nömrəsi və

adı

Reysə başlamanın və reysin  başa çatmasının vaxtı, hərəkət intervalı

Marşruta xidmət

göstərilməsi üçün tələb olunan avtobusların minimal sayı

Marşruta xidmət göstərilməsi

üçün tələb olunan avtobusların minimal tutumu, oturacaq yerlərinin sayı və digər tələblər

Yola

düşmənin

dövriliyi

125 nömrəli marşrut

 

“28 May” metro stansiyası-“Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi (“Binə” TM)

06:00-23:45

 

5 dəq

06:00-23:59

 

6 dəqiqə

25

Minimal tutum 75,

Oturacaq yerlərinin

sayı  30-dan yuxarı

Böyük tutumlu

10

 

Müsabiqədə qanunvericiliyin tələblərinə uyğun sərnişindaşıma fəaliyyəti göstərməsi üçün maddi texniki bazası və müvafiq işçi heyəti olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir

  1. Müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş formada yazılı ərizə;
  2. İddiaçının tam adı, fərdi sahibkarlar üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər üçün nizamnaməsinin, vergi ödəyicisinin uçota alınması haqqında rekvizitlərin surəti;
  3. Müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzi olan haqqın ödənilməsinə dair bank sənədi.

 

Müsabiqədə iştirak etmək istəyənlər aşağdakı məbləğdə müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzi olan haqqı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Ziya Bünyadov 111 ünvanından (Əlaqələndirici şəxs: Vəliyev Natiq, telefon: 404-41-20 ( daxili 2029) ala bilərlər.

 

İştirak haqqı - 500 manat;

 

Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab AZ 41NABZ01360100000000003944

S.W.I.F.T.BIK: CTREAZ 22 

Bakı Nəqliyyat Agentliyi

Hesab № AZ88CTRE00000000000008147701

VÖEN: 1503112971

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.

İddiaçılar müsabiqədə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 28.02.2017-ci il, saat 17:00-a qədər tarixə qədər, müsabiqə təklifləri zərflərini isə 15.03.2017-ci il, saat 12:00-a qədər Bakı şəhəri Ziya Bünyadov 111, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər  açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri Bakı Nəqliyyat Agentliyinin inzibati binasında 17.03.2017-ci il tarixində müsabiqə komissiyası tərəfindən açılacaqdır. İddiaçıların və onların notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.