19 nömrəli müntəzəm şəhərdaxili sərnişindaşıma marşrutu üzrə sərnişindaşıma hüququna dair müsabiqəni elan edir

08.05.2018

 

Marşrutun

nömrəsi və

adı

Reysə başlamanın və reysin  başa çatmasının vaxtı, hərəkət intervalı

Marşruta xidmət

göstərilməsi üçün tələb olunan avtobusların minimal sayı

Marşruta xidmət göstərilməsi

üçün tələb olunan avtobusların minimal tutumu, oturacaq yerlərinin sayı və digər tələblər

Yola

düşmənin

dövriliyi

19 nömrəli marşrut

Əliyar Əliyev küç. - Neftçilər pr. 62 (Bakı Dəniz Vağzalı)

 

06:00-23:59

 

6 dəqiqə

 

15

Minimal tutum - 75,

Oturacaq yerlərinin sayı - 30-dan yuxarı

 

Böyük tutumlu

 

12

 

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

 

1. Müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş formada yazılı ərizə;

 

2. İddiaçının tam adı, fərdi sahibkarlıq üçün şəxsiyyət vəsiqəsinin surəti. hüquqi şəxslərin üçün dövlət reyestrindən çıxarışın surəti, vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti

 

3. Müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzi olaraq haqqın ödənilməsinə dair bank sənədi.

   

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzi olan haqqı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusu Bakı şəhəri Ziya Bünyadov 111 ünvanından (Əlaqələndirici şəxs: Vəliyev Natiq, telefon: 404-41-20 (daxili 2250)) ala bilərlər.

 

 İştirak haqqı- 500 manat

 Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab AZ 41NABZ01360100000000003944

S.W.I.F.T.BIK: CTREAZ 22

Bakı Nəqliyyat Agentliyi

Hesab № AZ88CTRE00000000000008147701

VÖEN: 1503112971

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.

İddiaçılar müsabiqədə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 08.06.2018-ci il, saat 17:00-a qədər, müsabiqə təklifləri zərflərini isə 09.07.2018-ci il, saat 12:00-a qədər Bakı şəhəri Ziya Bünyadov 111, Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri Bakı Nəqliyyat Agentliyinin inzibati binasında 10.07.2018-ci il tarixində müsabiqə komissiyası tərəfindən açılacaqdır. İddiaçılar və onların notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Sənədlər toplusunu buradan yükləyə bilərsiniz