20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı müsabiqədə iştirak qaydaları

05.06.2018

Marşrutun nömrəsi və adı

Reysə başlamanın və reysin  başa çatmasının vaxtı, hərəkət intervalı

Marşruta xidmət göstərilməsi üçün tələb olunan avtobusların minimal sayı

Marşruta xidmət göstərilməsi üçün tələb olunan avtobusların minimal tutumu, oturacaq yerlərinin sayı və digər tələblər

Dövr etmə sayı

 

20 nömrəli marşrut

 

 

Beynəlxalq Avtovağzal Kompleksi  – Əhmədli m/st. 

05:30 -23:59
4dəqiqə 

 

 

21

 

 

Minimal tutum - 75,

Oturacaq yerlərinin sayı - 24 və yuxarı

Böyük tutumlu

8

94 nömrəli marşrut

Yeni Yasamal (M.Xiyabani küç.) - Əhmədli m/st. 

05:30 -23:59
4dəqiqə 

 

14

Minimal tutum - 75,

Oturacaq yerlərinin sayı - 24 və yuxarı

Böyük tutumlu

 

8

 

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
1. Müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş formada yazılı ərizə;
2. İddiaçının tam adı, fərdi sahibkarlıq üçün şəxsiyyət vəsiqəsinin surəti. hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarışın surəti, vergi ödəyicisi kimi uçota alınma haqqında şəhadətnamənin surəti;
3. Müsabiqənin sənədlər toplusunun tərtib edilməsinə çəkilən xərclərin əvəzi olaraq haqqın ödənilməsinə dair bank sənədi.
Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə müsabiqənin sənədlər toplusunu tərtib edilməsinə çəkilən xərclərin əvəzi olan haqqı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Ziya Bünyadov 111 ünvanından (Əlaqələndirici şəxs: Vəliyev Natiq, telefon: 404-41-20 (daxili 2250)) ala bilərlər.

İştirak haqqı - 500 manat
Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab AZ 41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22
Bakı Nəqliyyat Agentliyi
Hesab № AZ88CTRE00000000000008147701
VÖEN: 1503112971
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7


Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.

İddiaçılar müsabiqədə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 14 iyun 2018-ci il, saat 17:00-a qədər, müsabiqə təklifləri zərflərini isə 05 iyul 2018-ci il, saat 12:00-a qədər Bakı şəhəri Ziya Bünyadov 111, Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri Bakı Nəqliyyat Agentliyinin inzibati binasında 06 iyul 2018-ci il tarixində müsabiqə komissiyası tərəfindən açılacaqdır. İddiaçılar və onların notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Sənədlər toplusunu buradan yükləyə bilərsiniz