Nəqliyyat Könüllüləri "Koroğlu" NMM-də rəflərə kitablar düzüb

05.02.2020 10:15

"Koroğlu" Nəqliyyat Mübadilə mərkəzində Nəqliyyat Könüllüləri gözləmə zallarındakı rəflərə yeni kitablar, təlimat qaydaları və müxtəlif maarifləndirici broşürlər yerləşdiriblər. Aksiya zamanı gözləmə zallarındakı sərnişinlər rəflərdəki kitablardan istifadə qaydaları ilə bağlı təlimatlandırılıblar.

Əziz sərnişinlər bir daha xatırlatma edirik ki, kitabları oxuduqdan sonra səliqəli şəkildə geri rəflərə qaytarasınız ki digər sərnişinlər də sizin kimi onlardan faydalana bilsinlər.

Sizin üçün yaratdıq sizə əmanət etdik.