Bakı Nəqliyyat Agentliyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib

22.12.2016 00:00

Bakı Nəqliyyat Agentliyinin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı üzərinə əklil və gül dəstələri düzərək əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Agentliyin kollektivi daha sonra Şəhidlər Xiyabanında vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə də gül dəstələri düzüb. 
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə paytaxt nəqliyyatının daha səmərəli idarə edilməsi məqsədilə, Bakı Nəqliyyat Agentliyi yaradılıb.