İctimai Nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb

09.02.2020 12:30

İctimai Nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb.

Artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı"  cihazları vasitəsilə əldə edir. 

İlk belə məlumatlandırma  bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.