Balaca dostumuz sevimli əşyasına qovuşub

19.02.2020 11:00

Ötən gün 3 nömrəli müntəzəm marşrut xətt avtobusu ilə səyahət edən balaca məktəbli dostumuz noutbukunu avtobusda unudaraq gedib.

BakuBus avtobusunun sürücüsü Qafar Amanov balaca qəhrəmanımızın noutbukunu taparaq gün boyu məktəblini soraqlayıb. 

Sonda balaca dostumuz tapılaraq ona öz sevimli əşyası təqdim edilib.