Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində dayancaq cibi yaradılıb

29.12.2016 00:00

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir. Növbəti belə dayancaq cibi Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Azəravtoyol” ASC tərəfindən inşa edilən yerüstü piyada keçidinin yanında salınıb. Bununla da həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək.