Nəsimi rayonu 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib

06.03.2020 18:30

Nəsimi rayonu, 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar avtomobillərin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib.

Belə ki, 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdirilərək alternativ küçələrdən yəni, Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyev və Puşkin küçələri ilə təşkil ediləcəkdir.

Söküntü işlərinin martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər aparılması nəzərdə tutulub.