Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkəti təhlükəsizliyi səviyyəsi artırılıb

07.03.2020 18:30

Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkəti təhlükəsizliyi səviyyəsi artırılması məqsədi ilə zəruri tədbirlər görülüb. Belə ki, qəza ocağı kimi tanınan kəsişmə Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən müayinə edilib. Əldə olunan nəticələr təhlil olunaraq həlli istiqamətində işlərə başlanılıb. Bu çərçivədə kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.