Dumanlı hava şəraiti ilə bağlı sürücülərə tövsiyə

12.03.2020 19:15

Hazırda Heydər Əliyev prospekti-Hava limanı-Zaqulba avtomagistralı, Buzovna-Şüvəlan və Bilgəh-Pirşağı şoseləri boyunca eləcə də, ətraf ərazilərdə duman müşahidə olunur. Bunu nəzərə alaraq, sürücülərə son dərəcə ehtiyatlı olmalarını, müəyyən olunan sürət həddinə əməl etmələrini tövsiyə edirik. 

Xüsusi ilə bu cür hava şəraitində ara məsafəsinə fikir verilməlidir.

Eyni zamanda, piyadalardan yolun qarşı tərəfinə keçərkən piyada keçidlərindən istifadə etmələrini xahiş edirik.