Bakı Nəqliyyat Agentliyi “Alo 141” Çağrı Mərkəzi “baş operator” vəzifəsinə vakansiya elan edir

13.03.2020 13:30

Bakı Nəqliyyat Agentliyi “Alo 141” Çağrı Mərkəzi  “baş operator” vəzifəsinə vakansiya elan edir. 

Vəzifə öhdəlikləri:

  • Çağrı Mərkəzinin işinə nəzarət edilməsi;
  • Operatorların günlük əməliyyatlarının idarə edilməsi;
  • Çağrı mərkəzi fəaliyyətinin hədəflərinin monitorinqinin və təhlilinin edilməsi;
  • Çağrı mərkəzinin əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;
  • Çağrı mərkəzinin işi ilə əlaqədar istənilən fövqəladə hallara vaxtında cavab verilməsi;
  • Sektorun fəaliyyəti istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər tapşırıqların yerinə yetirilməsi;
  • Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Təhsil-ali;
  • Dil bilikləri-azərbaycan dili;
  • MS Office proqramları;
  • Sektorun fəaliyyəti istiqamətlərinə uyğun qanunvericiliyi bilmək;
  • Təcrübə- müştəri xidmətləri sahəsində minimum 2 illik iş təcrübəsi;

Bacarıqlar:

  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Müştəriyönümlülük;
  • Səlis, aydın danışıq tərzi;
  • Yüksək nitq mədəniyyəti.

Son müraciət tarixi: 19.03.2020-ci il.
Zəhmət olmasa müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin:
http://bna.az/az/apply
və yaxud, CV-nizi mövzu hissəsində “baş operator” qeyd etməklə hr@bna.az ünvanına göndərin.