92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik

13.01.2017 00:00

Müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilmişdir.Beləki,Xocahəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin  asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək.