Bakı Nəqliyyat Agentliyi Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizəyə dəstək olaraq təşəbbüs irəli sürür

02.04.2020 00:00

Bakı Nəqliyyat Agentliyi Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizəyə dəstək olaraq təşəbbüs irəli sürür. 

Məqsəd, hər kəsi qürur mənbəyimiz olan bayraq altında birləşməsinə nail olmaqdır. Məhz, milli birliyimizlə qarşımıza çıxan bütün çətinlikləri aşa bilərik. 

Dövlət qurumlarını, təşkilatları, digər ictimai xadimləri, eyni zamanda, hər bir vətəndaşı fəaliyyət göstərdikləri və yaşadıqları binalardan bayraq asmağa, milli həmrəylik nümayiş etdirməyə dəvət edirik.

Gəlin bir bayraq altında birləşək.

 Biz birlikdə güclüyük