Bakı Nəqliyyat Agentliyi tərəfindən 155 ailəyə ilkin tələbat məhsullarından ibarət ərzaq sovqatları paylanılıb

21.04.2020 13:00

Bakı Nəqliyyat Agentliyi tərəfindən Cəbrayıl rayonu, Cocuq-Mərcanlı kəndində yaşayan 155 ailəyə ilkin tələbat məhsullarından ibarət ərzaq sovqatları paylanılıb. Məqsəd, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunan xüsusi karantin rejimi dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaqdır. 

Aksiya çərçivəsində kənd sakinlərinə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etmələrinin, zərurət olmadan digər şəxslərlə təmasda olmamalarının və şəxsi gigiyena qaydalarına əməl olunmasının vacibliyi bildirilib.