28 May küçəsində aparılan təmir işləri ilə əlaqədar, bəzi müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcəkdir

07.05.2020 17:47

8 May tarixindən etibarən 28 May küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaqdır. 

Bu səbəbdən 1, 2, 4, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək alternativ istiqamətlərdən, yəni Üzeyir Hacıbəyov, Kövkəb Səfərəliyeva və Puşkin küçələri ilə təşkil ediləcəkdir.