Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq bildiririk ki, M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək. Qeyd edilən ekspres xətlərin iş qrafikində də hər hansı bir dəyişiklik edilməyib. Hər hansı dəyişiklik ediləcəyi təqdirdə bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
Bir daha sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırırıq.
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.