Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən girişin məhdudlaşdırılması səbəbindən 11 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

15.05.2020 19:10

16 və 17 may tarixlərində  aparılacaq təmir işləri ilə əlaqədar olaraq,  Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən girişin məhdudlaşdırılması səbəbindən 7A, 7B, 67, 83, 92, 119, 165, 199 və 211 nömrəli müntəzəm , o cümlədən M1 və M5 nömrəli ekspress marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdiriləcəkdir.

7 A və 7B nömrəli marşrutlar
İstiqamət:
Z.Bünyadov pr.: Moskva pr. – 20 Yanvar dairəsi – Tbilisi pr. (geriyə dönmə manevri) – Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə.
67,83,92,119 və 199nömrəli marşrutlar
İstiqamət:
3-cü mikrorayon dairəsi: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. -  3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə. 
79 nömrəli marşrutlar
İstiqamət:
M.Əcəmi m.st: Tbilisi pr. – S.C.Pişəvari küç. - 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.
165 və 211 nömrəli marşrutlar
İstiqamət:
Z.Bünyadov pr.: H.Zərdabi küç. – Qələbə dairəsi - Ə.Salamzadə küç. dairəsi daha sonra öz xətti üzrə.
M1 və M5 nömrəli ekspress marşrutlar müvəqqəti olaraq  3-cü mikrorayon dairəsinə qədər fəaliyyət göstərəcəkdir.