Güclü külək səbəbindən ağac qırılaraq avtomobillərin üzərinə düşüb

23.05.2020 18:00

Güclü külək səbəbindən Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb. 

Sürücülərə tövsiyə edirik ki, bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olsunlar. İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin. 

Bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyatlı olmalarını xahiş edirik.