Nəqliyyat Könüllülərimiz bu dəfə "Gənclik" metrostansiyası ətrafında yerləşən dayanacaqlarda və avtobuslarda vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylayıblar, eləcə də sərnişinləri maarifləndiriblər.
Qeyd edək ki, aksiyamız qarşıdakı günlərdə də davam edəcək və "Nəqliyyat Könüllüləri" səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.
Gəlin, qaydalara əməl edək, sağlamlığımızı qoruyaq!
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.