Qan donorluğunda fəal iştirakına görə Bakı Nəqliyyat Agentliyinə Təşəkkürnamə təqdim edilib

13.06.2020 10:41

14 İyun - Ümumdünya Qan Donoru Günüdür. 

Qan donorluğunda fəal iştirakına görə Bakı Nəqliyyat Agentliyinə Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Təşəkkürnamə təqdim edilib. Mərkəzin Qan Bankının müdiri Qumral Ələkbərova qana ehtiyacı olan insanlara dəstək olub həyat xilas etdiklərinə görə Bakı Nəqliyyat Agentliyinin kollektivinə minnətdarlığını bildirib. 

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə qoşularaq Bakı Nəqliyyat Agentliyinin kollektivi könüllü qanvermə aksiyasında iştirakının əhəmiyyəti vurğulanıb. 

Qeyd edək ki, sosial məsuliyyət layihələri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin kollektivi bir neçə dəfə belə xeyirxah aksiyaları dəstəkləməyə davam edəcək.