Bakı Nəqliyyat Agentliyinin tabeliyində “Bakubus” MMC sürücü vəzifəsi üzrə işə qəbul elan edir

07.08.2020 15:48

Bakı Nəqliyyat Agentliyinin tabeliyində “Bakubus” MMC sürücü vəzifəsi üzrə işə qəbul elan edir. “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər. Tələblərə uyğun şəxslər cv@bakubus.az elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.
Fəaliyyətini tam olaraq qanunvericiliyin tələblərinə uyğun qurmaqla sərnişindaşıma sektorunda bir nümunə olan "BakuBus" MMC-də sürücü kimi çalışmağın bir sıra üstünlükləri vardır.
Belə ki :

✅Əmək müqaviləsi əsasında işə qəbul;
✅2 növbəli, 8 saatlıq iş rejimi;
✅Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat);
✅Gələcək pensiya təminatı;
✅Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə);
✅Sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi;
✅İl ərzində əmək məzuniyyətindən istifadə olunması;
✅Sanatoriyalara göndərişlərin verilməsi;
✅Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat;
✅Xüsusi geyim forması ilə təminat.