M10 ekspres marşrut xətti üzrə “BakıKart”ın balansının artırılması məqsədilə Mərdəkan qəsəbəsində 2 ünvanda POS-terminal qoyulub

17.08.2020 10:50

M10 ekspres marşrut xətti üzrə “BakıKart”ın balansının artırılması məqsədilə Mərdəkan qəsəbəsində 2 ünvanda POS-terminal qoyulmuşdur. POS-terminalların qoyulduğu ünvanlar barədə aşağıdakı sxemdən məlumat əldə edə bilərsiz.
 

Qeyd edək ki, karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M10 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.