Bakı Nəqliyyat Agentliyi tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir

21.08.2020 17:03

Bakı Nəqliyyat Agentliyi tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir. Bu çərçivədə Rəşid Behbudov küçəsinin 28 may və Dilarə Əliyeva küçələrinin kəsişmələrində yol nişanlanma işləri həyata keçirilib.

Məqsəd yol kəsişmələrində nəqliyyat vasitələrinin tıxanmasının və yollarda nəqliyyat sıxlığının qarşısını almaq, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır. 

Ötən il ərzində Bakı şəhərinin problemli 15 yol kəsişməsində sarı kəsişmə toru təşkil edilmişdir. Ümumilikdə isə 74 yol kəsişməsində sarı torların təşkili nəzərdə tutulub.

Qeyd edək ki, bu axşam daha iki yolayrıcında - Puşkin küçəsinin Nizami və Xaqani küçələri ilə kəsişmələrində sarı kəsişmə torunun təşkili işləri icra ediləcəkdir.