BNA yeni layihəyə start verir

01.09.2020 11:45

Bakı Nəqliyyat Agentliyi “Dayanacaq” adlı yeni layihəyə start verir. Veriliş həftəiçi iki gün (çərşənbə axşamı və cümə) saat 16:00-dan 17:00-a qədər Facebook və Youtube üzərindən canlı efirdə olacaq. Veriliş ərzində Agentliyin əməkdaşları görülən işlər, aktual mövzular, həyata keçirilən layihələr haqqında məlumat verəcək. Efir vaxtı vətəndaşların müraciət və təklifləri dinləniləcək, suallar cavablandırılacaq və qaldırılmış məsələlər operativ həll olunacaqdır.