Bakı metropolitenində sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək

11.09.2020 13:30

Bakı metropolitenində sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək. Belə ki, ekspres xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən olunan qaydada sərnişinlərimizin xidmətində olacaq. Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun olaraq tənzimlənəcəkdir. 

Ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcəkdir. Bu zaman vətəndaşlardan daxil olan müraciətlər də mütləq qayadada nəzərə alınacaq.    

Məlumat üçün bildiririk ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 12-i saat 00:00-dan sentyabrın 14-ü saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.