Yeni tədris ilinin başlaması ilə əlaqədar sürücülərə və hərəkət iştirakçılarına müraciət edilib

14.09.2020 16:53

Yeni tədris ilinin ilk günü küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar. 

Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədilə svetoforlarda “yaşıl dalğa” tətbiq ediləcək.