Bakı Nəqliyyat Agentliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib

16.09.2020 12:37

Bakı Nəqliyyat Agentliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.

Görüşdə hər iki dövlət qurumunun nümayəndələrinin iştirakı ilə onlayn görüşün keçirilməsinin QHT-lərin məsuliyyət hissini daha da artıracağını və onları layihələri daha effektiv şəkildə icra etməyə stimullaşdıracağını bildirilib.

Bakı Nəqliyyat Agentliyinin aparat rəhbəri Gülşən Rzayeva ictimai nəqliyyat, yol hərəkəti təhlükəsizliyi istiqamətində maarifləndirmə layihələrinin davamlı olaraq həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. G.Rzayeva maarifləndirmə layihələrinin əhatə dairəsinin genişləndirilməsi, Şura və BNA-nın layihələrə davamlı dəstəyin verməsinin bu sahədəki ictimai problemlərin həllinə önəmli töhfə verəcəyinə inandığını qeyd edib.

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradov, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, Azərbaycan-İsrail gənclərinin Dostluq Cəmiyyətinin sədri Yusif Şıxlarov, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin layihə rəhbəri Aydınxan Əbilov və Ailə və Ətraf Mühit İctimai Birliyinin sədri İlhamə Qurbanova çıxış edərək layihələrinin fəaliyyət planında nəzərdə tutulan işlər haqqında məlumat verib, həmçinin təkliflərini səsləndiriblər.