40-dan artıq kəsişmədə eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi işləri davam etdirilir

08.12.2020 14:40

Paytaxt ərazisində piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması məqsədilə hazırda Bakı Nəqliyyat Agentliyi tərəfindən yol kəsişmələrində aşağıdakı işlər yekunlaşdırılmaq üzrədir:

✔️yol infrastrukturunun imkan verdiyi 40-dan artıq kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi;
✔️80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması.


Ümumilikdə həyata keçirilən bu tədbirlər:
✔️yol kəsişmələrində təhlükəsizliyi artırır; 
✔️piyadaların rahatlığını təmin edir;
✔️piyada keçidlərindən istifadəni stimullaşdırır;
✔️əlçatanlığın artırılmasına şərait yaradır.

 

Mərhələli şəkildə bütün yol kəsişmələrində bu kimi tədbirlər həyata keçiriləcəkdir.