Bakı Nəqliyyat Agentliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə təşkil etdiyi daha bir Qrant müsabiqəsi layihəsinin icrası yekunlaşıb

27.01.2021 15:59

 Bakı Nəqliyyat Agentliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə təşkil etdiyi Qrant müsabiqəsi çərçivəsində  “Oriqami Uşaq və Yeniyetmələr” İctimai Birliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində onlayn qaydada icra etdiyi  "Küçə.Yol.Piyada" layihəsi yekunlaşıb.

 Sabunçu rayonu Maştağa qəsəbəsinin kiçik yaşlı 115 nəfər sakininin qoşulduğu bu layihə yeniyetmələrin böyük marağına səbəb olub, eləcə də Maştağa icmasının nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. Layihə çərçivəsində uşaq və yeniyetmələr, fərdi qaydada, yol hərəkətinin təhlükəsizliyi qaydaları mövzusunda uşaq yaradıcılığı nümunələri hazırlayıb.

 Layihənin məqsədi  qlobal COVİD-19  koronavirus infeksiyasının  bütün dünyada və ölkəmizdə  yaratdığı  yeni situasiyada ,onlayn qaydada ,uşaqlar tərəfindən  yol hərəkəti təhlükəsizlik qaydalarının öyrənilməsinə diqqəti, marağı artırmaq, onlara bu barədə yeni biliklər vermək, onların intellektual səviyyəsini, qabiliyyət və bacarığını  inkişaf etdirmək, asudə vaxtını daha mənalı və məzmunlu, səmərəli təşkilinə kömək etmək olub.

 Eyni zamanda layihənin bütün iştirakçıları və onların valideynləri adından  Bakı Nəqliyyat Agentliyinə uşaqların yol hərəkətinin təhlükəsizliyi qaydalarına  dair maarifləndirilmə işlərinə göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıq bildirilib.