Azərbaycan könüllüləri Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçiriblər

08.03.2021 11:30

Bakı Nəqliyyat Agentiliyinin “Nəqliyyat Könüllüləri” proqramının və Azərbaycan Könüllü Təşkilatları İttifaqınının birgə təşkilatçılığı ilə Respublikada fəaliyyət göstərən Azərbaycan könüllüləri “8 mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik aksiyası keçiriblər.

05.03.2021-ci il tarixində keçirilən aksiya çərçivəsində, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində, avtobuslarda və dayancaqlarda könüllülər xanımlara gül təqdim edib, həmçinin "Nizami ili" münasibətilə hazırlanan Nizami Gəncəvinin müdrik kəlamları yazılmış açıqcalar ilə xanımları təbrik edib, onlara qarşıdan gələn xüsusi gün münasibətilə xoş arzularını çatdırıblar. 

Könüllülərin bu sosial təşəbbüsü xanımlar tərəfindən olduqca böyük maraq və rəğbətlə qarşılanıb. Onlar könüllülərə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.