Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə keçirilən tədbirdə vətəndaşlar tərəfindən işlənmiş batareya, şüşə tullantılar təhvil verilib və əvəzində ağac tingləri paylanılıb. Onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
“Bir ağac-min nəfəs” devizi altında keçirilən ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində keçirilib.
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.