BNA-da paytaxın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib

03.02.2017 00:00

Bakı Nəqliyyat Agentliyində paytaxın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib. Məqsəd, paytaxtın marşrut şəbəkəsindəki mövcud vəziyyəti və qarşıda duran problemləri müzakirə etmək, eyni zamanda gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Görüşdə Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında qoyduğu tələblər, onların icra vəziyyətinə dair fikir mübadiləsi aparılıb. Mövcud çatışmazlıqların, o cümlədən istehsalat bazaları, sürücülərin iş rejimi, vahid kart ödəniş sisteminə keçidin təmin edilməsi, avtobusların texniki baxımdan qoyulan tələblərə uyğunlaşdırılması kimi problemlərin həll edilməsinin vacibliyi bir daha daşıyıcıların diqqətinə çatdırılıb. Görüşdə daşıyıcıları narahat edən məsələlər də dinlənilib.