BNA-da brifinq keçirilib

13.02.2017 00:00

Bakı Nəqliyyat Agentliyi nəqliyyat sistemində bir ilkə imza ataraq, marşrut xətlərinin daşıyıcılara müvəqqəti istismara verilməsi ilə bağlı müsabiqə elan edib. Bu müsabiqənin marşrut şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, BNA-da aparıcı Kütləvi İnfotmasiya Vasitələrinin iştirakı ilə  brifinq keçirilib. Brifinqdə BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov çıxış edərək, müsabiqənin keçirilmə qaydaları və şərtləri ilə bağlı ətraflı məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.