Güclü külək nəticəsində ziyan dəyən dayanacaq pavilyonu və qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır

27.02.2017 00:00

26.02.2017 tarixində paytaxtda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib. Küləkli hava şəraiti səbəbindən həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb. Artıq Bakı Nəqliyyat Agentliyinin balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır. Sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonuna gəlincə isə bildirmək istəyirik ki, sözügüdən pavilyon Bakı Nəqliyyat Agentliyinin balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də Agentliyin səlahiyyətinə aid deyil. Lakin Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlanıdırıb. Yaxın vaxtlarda bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq.