BNA Novruz bayramı münasibətilə aksiya keçirdi

21.03.2017 00:00

20.03.2017 tarixdə Bakı Nəqliyyat Agentliyi "Novruz bayramı" münasibətilə metronun 28 May stansiyası yaxınlığındakı Nəqliyyatı Mübadilə Mərkəzində aksiya keçirildi. Aksiya çərçivəsində azyaşlı sərnişinlərə "Yol hərəkəti qaydaları"nı izah edən şəkilli vəsaitlər və simvolik hədiyyələr paylandı. Aksiya balacaları sevindirməklə yanaşı, böyüklərin də marağına səbəb oldu.