BNA məcburi köçkünləri bayram sovqatı ilə sevindirib

23.03.2017 00:00

Bakı Nəqliyyat Agentliyinin nümayəndələri Beyləqan rayonunda salınan Yeni Xocavənd qəsəbəsində olublar. Qurumun əməkdaşları Xocavənd rayonundan olan 1000-ə yaxın məcburi köçkün ailəsinə Novruz bayramı münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim ediblər. Xocavəndlilər qaçqın və məcburi köçkünlərə göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər və işğal olunmuş torpaqlarımızın tezliklə qaytarılacağına inamlarını vurğulayıblar.