Növbəti avtobus zolağı çəkildi

26.03.2017 00:00

Paytaxtın küçə və prospektlərində BNA-nın təşəbbüsü ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının çəkilişi davam edir. Növbəti belə zolaq yeni təmirdən çıxan Yusif Səfərov küçəsində çəkilib. Artıq xüsusi hərəkət zolağının tələbinə uyğun yol boyu müvafiq nişanlanma işləri də aparılıb.