"BİR YOLDAYIQ" layihəsi çərçivəsində "Məktəblilərlə Bir Yoldayıq" tədbirinə start verildi

26.05.2017 00:00

Bakı Nəqliyyat Agentliyinin “Bir Yoldayıq” sosial maarifləndirmə kampaniyası çərçivəsində “Məktəblilərlə Bir Yoldayıq” layihəsinə start verilib. Layihə çərçivəsində paytaxtın orta məktəblərində aşağı sinif şagirdləri xüsusi təlimlərə cəlb ediləcək. İlk təlimlər Bakı şəhəri Binqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə 126, 244 və 246 saylı orta məktəblərində təhsil olan 300 nəfərə yaxın şagird üçün təşkil edilib. Bakı Nəqliyyat Agentliyi Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı məlumat verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması diqqətə çatdırılıb.  Şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, məktəblilərə Bakı Nəqliyyat Agentliyinin azyaşlılar üşün hazırladığı “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları  təqdim olunub. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Bir Yoldayıq” kampaniyasının əsas məqsədi, yol hərəkəti iştirakçılarının, o cümlədən piyada, sürücü və sərnişinlərin innovativ vasitələrdən istifadə etməklə maarifləndirilməsidir.

Kampaniya sosial xarakter daşıdığından, hər bir şəxs “Bir Yoldayıq” facebook sosial şəbəkəsindəki səhifəsinə daxil olub rəy və təkliflərini bildirə bilər. Sizinlə bir yolda olduğumuz üçün fikirləriniz də bizim üçün dəyərlidir.