Bakı Nəqliyyat Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə bağlı yığıncaq keçirilib

27.05.2017 00:00

Bakı Nəqliyyat Agentliyində Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə bağlı yığıncaq keçirilib. Bakı Nəqliyyat Agentliyinin Baş direktorunun müşaviri Mübariz Abbasov Azərbaycan xalqının tarixində və taleyində misilsiz yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti, nailiyyətləri, süqutu barədə məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16may 2017-ci il tarixində sərəncam imzaladığını xatırladanM.Abbasov həmin sərəncamda dövlət başçısının 28 may tarixinə verdiyi önəmi xüsusi vurğulayıb.

Diqqətə çatdırılıb ki, Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra tarixi müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu böyük dövlət xadiminin böyük dühası, qətiyyəti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub. Bütün sahələrdə tərəqqi əldə edən Azərbaycan dövləti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşayır.

Digər çıxışçılar da Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi ağır və şərəfli yoldan danışdılar və milliyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsini, dövlət sərhədlərinin müəyyən olunmasını, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsini, ana dilinin dövlət dili elan olunmasını, hakimiyyət strukturunun və onun fəaliyyət mexanizminin formalaşmasını Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını qeyd ediblər.