Çimərlik mövsümü ilə əlaqədar Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib

31.05.2017 00:00

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Məqsəd, bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.  Mövsümi xarakterli dəyişikliyə əsasən, 01.06.2017 tarixindən:

 

  • 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Buzovna” çimərliyinə,
  • 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından “Bilgəh” bağlarına,
  • 173 nömrəli marşrut xətti üzrə avtobuslar “Pirşağı” bağlarına və çimərliyinə,
  • 179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən “Qızılqum” sanatoriyasına,
  • 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhiş” bağlarına,
  • 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə,
  • 108 və 134 nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına,
  • 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.