İctimai nəqliyyat vasitələrinin mövcud vəzəyyətini yoxlamaq məqsədi ilə monitorinqlər davam edir

16.08.2017

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin mövcud vəzəyyətini yoxlamaq məqsədi ilə mütəmadi olaraq monitorinqlər keçirilir. Son 10 gün ərzində keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülər müəyyənləşib.

Məlumat üçün qeyd edək ki, 173 nömrəli marşrut xətti üzrə 10-TF-819 Dövlət Qeydiyyat Nişanlı, 186 nömrəli marşrut xətti üzrə 10-TE-375 Dövlət Qeydiyyat Nişanlı, 139 nömrəli marşrut xətti üzrə 99-JM-781 Dövlət Qeydiyyat Nişanlı avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istismara yarasız vəziyyətdə olması aşkar edilib. Qeyd edilən nəqliyyat vasitələri xətdən kənarlaşdırılıb, əsaslı təmir olunması üçün daşıyıcıya xəbərdarlıq olunub.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasınıa malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılar ictimai nəqliyyat şəbəkəsindən kənarlaşdırılacaq və Agentlik öz səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.