BNA-nın ALO141 Çağrı Mərkəzinin www.alo141.az internet portalının təqdimatı keçirildi

11.09.2017

Bakı Nəqliyyat Agentliyi nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə edir. Vətəndaşlarımızdan daxil olan müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Agentliyin 141 Çağrı Mərkəzinin fəaliyyəti ən son texnoloji yeniliklər nəzərə alınmaqla yenidən qurulur. Təqdimatına toplaşdığımız alo141.az internet portalı da bu çərçivədə reallaşdırılan mühüm işlərdən biridir. 

Bu gün, Bakı Nəqliyyat Agentliyinin ALO141 Çağrı Mərkəzinin www.alo141.az internet portalının təqdimatı keçirildi.