“Qarabağ”-“Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyinin sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri

23.11.2017

22.11.2017 tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Çelsi” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib. Oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarına) fəaliyyət göstərən ekspress xətt avtobusları ilə ümumilikdə 30010 nəfər sərnişin daşınıb. Prosesə 442 sərnişin avtobusu cəlb edilib. Bununla yanaşı, Oyun günü “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (saat 21:30-dan 00:00-dək müddətdə) 31 sayda marşrut xətti üzrə 10000 nəfər sərnişinin daşınması təmin edilib. Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma prosesinin həyata keçirilməsində göstərdikləri dəstəyə görə Daxili İşlər Nazirliyinə, eləcə də müntəzəm sərnişdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə təşəkkürünü bildirir. Eyni zamanda, göstərdikləri səbr və anlayış üçün azarkeşlərə minnətdarıq. UEFA Çempionlar Liqasında ölkəmizi uğurla təmsil edən “Qarabağ” futbol komandasına isə gələcəkdə parlaq qələbələr arzulayırıq.