Beynəlxalq qurum tərəfindən Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına sertifikatlar təqdim edilib

05.12.2017

Bakı Nəqliyyat Agentliyinin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektivi tərəfindən həyata keçirilir. 90% gənc kadrların təşkil etdiyi kollektivin peşəkarlıq səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu məqsədlə, bu ilin iyun-oktyabr aylarında əməkdaşlar “GEMMS” Group ilə birlikdə təşkil edilmiş treninqlərə cəlb edilib. Treninqdə əməkdaşlara, peşəkar istiqamətdə daha da inkişafa nail olmaları məqsədilə Microsoft Excel proqramı üzrə xüsusi dərslər verilib. Sonda, iştirakçılara müvafiq olaraq Sertifikatlar təqdim edilib.